Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib

Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib

DÜNYA

327

11.11.2020, 09:19

Rusiya Federasiyasına məxsus “İl-76” hərbi nəqliyyat təyyarələri artıq 400-dən çox rus sülhməramlısını Ermənistana çatdırıb, heyət təyyarəni boşaldıb və xidmət sahəsinə getmələri üçün konvoylar yaradıblar.
 
Oxu24.com “TASS”-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.
 
“Hazırda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı zabitləri və 15-ci sülhməramlı briqada bölmələrinin hərbçiləri olan 20 “İl-76” hərbi nəqliyyat təyyarəsi Ermənistan Respublikasına enib. Hərbi nəqliyyat təyyarələri 400-dən çox hərbi qulluqçu, zirehli nəqliyyat vasitəsi, zirehli texnika və rabitə vasitələrini çatdırıb”, - məlumatda belə deyilir.