Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda hərbi vəziyyət azı bir həftə də davam edəcək

Ermənistanda hərbi vəziyyət azı bir həftə də davam edəcək

DÜNYA

594

10.11.2020, 23:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanda hərbi vəziyyət azı bir həftə də davam edəcək.

“Novosti Armeniya”nın məlumatına görə, bu barədə “Maariflənmiş Ermənistan” Parlament fraksiyasının rəhbəri Edmon Marukyan xəbər verib.

Onun sözlərinə görə, ölkədə hərbi vəziyyətin ləğvi ilə bağlı Ermənistan parlamentinin fövqəladə iclası yeddi gündən sonra başlayacaq.

Marukyan Ermənistan SQ Baş Qərargah rəisi Onik Qasparyanla görüşdən sonra onun xahişi əsasında bu qərara gəldiyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 27-də Ermənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi elan etmişdi.