KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1794
08.11.2020, 22:43
"Əminliklə deyirəm ki, adlarını qeyd etdiyim bu üç şəxs İlham Əliyevlə birlikdə Nuru paşa kimi Azərbaycanın şanlı tarixinə adlarını qızıl hərflərlə yazırlar".
Oxu24.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.
- Qüdrət bəy, Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiya barədə nə deyərdəniz?
- İlk öncə xalqımızı bu böyük qələbə münasibətilə təbrik edirəm. Bu Qələbə sevincini xalqımıza yaşatdıqları üçün Ali Baş Komandana, zabit və əsgərlərimizə minnətdarlığımın həddi-hüdudu yoxdur. Bu çətin günlərdə bizimlə birgə olduqlarına görə sərhədsiz təşəkkürlərimi və minnətdarlığımı Erdoğana, Çavuşoğluna və Hulusu Akara çatdırmaq istəyirəm. Qədirbilən xalqımız Nuru Paşanı 100 il keçsə də nəinki unutmadı, əksinə, ona olan sevgi və ehtiram hər keçən gün daha da artdı. Əminliklə deyirəm ki, adlarını qeyd etdiyim bu üç şəxs İlham Əliyevlə birlikdə Nuru paşa kimi Azərbaycanın şanlı tarixinə adlarını qızıl hərflərlə yazırlar. Onlar bir qardaş kimi İlham Əliyevin yanında dayanıb onu tək buraxmadılar, Azərbaycana dəstək olub onu beynəlxalq təzyiq və təhdidlərdən bu gün də qorumaqdadırlar.
Şuşanın işğaldan azad olunmasına beynəlxalq reaksiyaya gəldikdə isə onu deyə bilərəm ki, hamı nə baş verdiyini bilir və bizim torpaqlarımızı işğaldan azad etdiyimizi görür. Təəssüf ki, bir çoxları buna sevinmək əvəzinə üzülür. Hələlik qardaş Türkiyədən başqa heç bir ölkə bizi bu qələbə münasibətlə təbrik etməmişdir. Ümid edək ki, bu təbriklər sonda, Qarabağ tam işğaldan azad olunandan sonra, olacaqdır. Amma bizim qələbəmizə üzülənlər açıq formada Ermənistana kömək üçün ordu göndərə bilmirlər, çünki biz haqlıyıq, beynəlxalq hüquq bizim tərəfdədir. Xarici mətbuatı izləsəniz görərsiniz ki, kiçik istisnalarla heç kim Şuşanın vaxtilə ermənilər tərəfindən işğal olunmasından, oranın azərbaycanlıların yaşadığı bir şəhər olmasından, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində 30 ilə yaxın əzab və iztirablarla dolu qaçqın həyatı yaşamasından, Azərbaycan türkü üçün Şuşanın keçilmız bir mədəniyyət beşiyi olmasından və bu gün azad edilməsindən yazmır. Sadəcə qeyd edirlər ki, Azərbaycan Ordusu strateji əhəmiyyətli bu şəhəri tutub, yaxud ələ keçirib. Bu cür ikiüzlü siyasətin nəticəsində işğalçıya heç kim güldən ağır söz demədi və bizim ev-eşiyindən didərgin salınmış bir milyona yaxın insanımız 30 il qaçqın həyatı yaşadı, torpaqlarımız işğal altında qaldı. Bizim qürurumuza toxundular, bizi alçaltdılar. Ona görə də Prezidentin dediyi kimi, daha heç kim bizi dayandıra bilməz. Şanlı Ordumuz Qarabağı tam olaraq işğaldan azad edəcəkdir. Beynəlxalq birliyin ikili standartlar siyasəti və riyakarlığı nəticəsində Ermənistana təzyiq edimədiyi üçün torpaqlarımızı şəhidlərimizin qanı hesabına azad etmək məcburiyyətində qalmışıq. Allah şəhidlərimizin ruhun şad etsin.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.