KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
538
08.11.2020, 20:07
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı virtual görüş keçirib.
Komitədən APA-ya verilən məlumata görə, xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı bugünkü tarixi çıxışına yenidən birlikdə tamaşa ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızı bu misilsiz qələbə münasibətilə təbrik edib və qeyd edib ki, “Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qələbəsidir. Mən Ali Baş Komandana sizin hər birinizin təşəkkürünü çatdırıram”.
Komitə sədri bildirib ki, son illər dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənib: "Biz bunu Koordinasiya Şuralarının, Azərbaycan evlərinin yaranması ilə daha sıx müşahidə etdik. Bu gün dünyanın hər yerində Qarabağa dəstək aksiyaları keçirilir, soydaşlarımız haqq səslərini daha ucadan qaldırırlar”.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Azərbaycan xalqını böyük qələbə münasibətilə ailələri adından təbrik edib və bu əvəzsiz sevinci bizə yaşadan şanlı Ordumuza daha böyük uğurlar arzu edib.
Çıxış edənlər bildiriblər ki, Dövlət Bayrağı Günü ərəfəsində qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın burada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir: "Biz tariximzin ən şərəfli gününü yaşayırıq. Bu şərəfli tarixi yaradan Ordumuza və Ali Baş Komandana minnətdarıq. Hörmətli Ali Baş Komandan, Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb”.
Serbiya, Polşa, Macarıstan, Slovakiya, İsveçrə, İsveç, Norveç, Finlandiya, Niderland, İngiltərə, İsrail, Kanada, Estoniya, Latviya, Litva, Yunanıstan, Danimarka, Çex Respublikası, İtaliya, Malta, İspaniya Krallığı, ABŞ, Almaniya, Fransa, Avstriya, Avstraliya, Türkiyə və Rusiyadan 54 soydaşlarımızın iştirak etdiyi görüşdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun əvəzsiz xidmətləri, keçirilən etiraz aksiyalarının əhəmiyyəti barədə də danışlıb, diasporun təşkilatlanmasının mühüm nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.