KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
790
07.11.2020, 12:57
"İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakes işğal altında olan Qarabağda Azərbaycanın sərvətləri hesabına var dövlətini xeyli artırıb".
Oxu24.com xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu Sirmakesin separatçı rejimlə sövdələşmə nəticəsində maliyyə investoru kimi adı hallanan obyektlərin siyahısını açıqlayıb.
• Zəngilan rayonu Vejnəli kəndində qanunsuz istismarda olan əlvan metal mədəni (ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis);
• Kəlbəcər və Laçın ərazisində qanunsuz tikilən SES-lər;
• Kəlbəcər rayonunda qanunsuz istismarda olan yataqlar (sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və qızıl ehtiyatlar 13 tondan çox olan Ağduzdağ və Tutxun);
• Ağdərə rayonunda ildə 40-50 ton qara kürü ixrac etmək sevdası ilə “Golden Fish” şirkəti tərəfindən tikilmiş balıq fabriki.
Vartan Sirmakesin baş direktor olduğu “Franck Muller Group” işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən “Artsakhbank” QSC-nin səhmlərinin 66,3% -ə, “Armswissbank” Armenia QSC-nin səhmlərin 20% -ə, 1200-dən çox səhmdarı, 10,6 milyard dram nizamnamə kapitalı olan “ArtsaxKHEK” ASC-nin 52,1 % -ə sahib olub.
"Hesab edirəm ki, Vartanın qanunsuz əməlləri barədə ilk növbədə onun vətəndaşı olduğu ölkənin hüquq-mühafizə orqanları məlumatlandırılması, ona qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır. Sadəcə məhkəmə iddiasından öncə onun Azərbaycana vurduğu ziyanın məbləği müəyyənləşdirilməli və kompensasiya tələb edilməlidir", - deyə Q.İbadoğlu əlavə edib.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.