KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
861
06.11.2020, 19:50
Sosial şəbəkələrin erməni seqmetində Paşinyan ailəsi yenidən sərt tənqid hədəfindədir.
Oxu24.com azvision.az-a istinadən xəbər verir ki, buna səbəb Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot Paşinyan və parlamentin sədri Ararat Mirzoyanın olduğu fotonun üzə çıxmasıdır.
Belə ki, ermənilər həmin foto ilə Anna və oğlunu ifşa ediblər. Onlar paylaşımlarına istehza ilə “ön cəbhədə” yazıb və Paşinyan ailəsini xalqı aldatmaqda ittiham ediblər.
Göründüyü kimi, Anna Akopyan oğlu Aşotun guya Qarabağa döyüşə getdiyini bildirsə də, bu foto onun yalanını üzə çıxarıb. Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi, erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bir məqamda Paşinyanın oğlunun gülərək foto çəkdirməsi hiddət doğurub.
Ermənilər Paşinyan ailəsini tənqid edərək, insan həyatının onlar üçün dəyərsiz olduğunu bildiriblər.
“Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir.
İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”, – deyə Ermənistanın “168.am” nəşri yazıb.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.