Qaynar xətt:

(+99450) 247 90 86

Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi

Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi

DÜNYA

506

06.11.2020, 09:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Son günlər erməni radikallarının təxribatçı fəaliyyətləri, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik”.

Oxu24.com  xəbər verir ki, bu Azərbaycanın Vaşinqtondakı səfirliyinin ABŞ-da yaşayan azərbaycanlılara müraciətində qeyd olunub.

Diplomatik korpus Azərbaycan icmasına müraciətində həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağa çağırıb:

“Həmvətənlərimiz hər hansı təhlükə yaradan hallarla qarşılaşdıqları təqdirdə yerli mühafizə orqanlarına və səfirliyin +1 202-560-3583 nömrəsi ilə əlaqə saxlasınlar”.