Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda koronavirus tüğyan edir

Ermənistanda koronavirus tüğyan edir

DÜNYA

413

05.11.2020, 11:23

Ermənistanda daha 2 103 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 99 563-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 476-ya çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 390-a yüksəlib. İndiyədək 60 135 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 37 562 aktiv koronavirus xəstəsi var.