“Hazırda Ermənistan cəmiyyəti N.Paşinyana qarşı çox aqressivdir. Hələ onlar bütün gerçəklikləri bilmirlər. Təsəvvür edin ki, əsl gerçəkliklər məlum olsa, nə baş verəcək?!”
Oxu24.com xəbər verir ki, bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
O qeyd edib ki, erməni xalqı N.Paşinyana belə bir sual ünvanlayacaq:
Belə olacaqdısa, niyə bu qədər adamın ölümünə səbəb oldun?
“Bütün bunların qarşısında dayanmaq N.Paşinyan üçün asan olmayacaq. Onun belə bir əminliyi var ki, Rusiyadan uzaqlaşmaq, Qərbə sığınmaqla xilas olacaq.
Azərbaycan tərəfi də Ermənistanın məsuliyyətini müəyyən etmək üçün sənədləşmə işləri aparır. Biz onlardan külli miqdarda təzminat tələb etməliyik. Üstəlik, N.Paşinyan dinc əhaliyə qarşı son terror aktları ilə bağlı da beynəlxalq hüquq qarşısında cavab verməlidir. Hər tərəfdən məngənədə qalan N.Paşinyanın xilas olmaq şansı yoxdur. Onun bundan sonrakı bütün hərəkətləri bataqlıq effekti verəcək. İrəliləməyə çalışdıqca batacaq. Bunun biz üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycan artıq öz məsələsini həll edib. N.Paşinyan artıq “ölüb”, sadəcə, Erməni xalqı və siyasətçiləri onun necə “dəfn” edilməsi istiqamətində fikirləşir”.
Oxu24.com
ŞƏRHLƏR