Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan vətəndaşı təxribat cəhdinə görə Polşadan deportasiya edildi

Ermənistan vətəndaşı təxribat cəhdinə görə Polşadan deportasiya edildi

DÜNYA

518

04.11.2020, 20:37

Polşanın paytaxtı Varşavada azərbaycanlı tələbələrə qarşı təxribat planlaşdıran Ermənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Artur Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Report"un Avropa bürosunun məlumatına görə, o, məhkəmənin qərarı ilə etnik zəmində təxribata cəhd səbəbindən ölkəsinə deportasiya olunub. Qeyd edək ki, A.Saakyan Varşava Milli Universitetində bir neçə dəfə azərbaycanlı və türkiyəli tələbələrə qarşı təxribata və insidentə cəhd göstərib.