KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
659
02.11.2020, 13:41
Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzeti Qarabağda bir aydan artıqdır davam edən müharibənin nəticələri və bundan sonra baş verə biləcək hadisələr haqda yazıb. Mütəxəssislərin fikrincə, döyüşlər Ermənistan və Qarabağ erməniləri üçün strateji əhəmiyyətli İrəvan-Laçın-Stepanakert avtomobil yolunun bir neçə kilometrliyində gedir. Bu yolun ələ keçirilməsi isə bütün “Artsax” adlanan qondarma qurumun məğlubiyyəti deməkdir. Azərbaycanın qısa müddətdə xüsusilə, cənub istiqamətində-İran sərhədi boyunca işğaldakı torpaqları nəzarətinə qaytarmasını yada salan ekspertlər Ermənistanın hərbi uğursuzluqlarının bir neçə səbəbini qeyd edirlər.
Hərbi ekspert İqor Strelkov deyib ki, Azərbaycanın Ermənistanda heç bir hərbi hədəfi yoxdur və əsas məqsədi işğaldakı torpaqları azad etməkdir. Strelkov bir həftə əvvəl verdiyi proqnozunu təkrarlayıb: “Laçın şəhərlərinin azərbaycanlılar tərəfindən ələ keçirilməsi erməni silahlı qüvvələrinin mühasirəyə düşməsi, “Artsax”ın süqutu demək olacaq. Hələlik, Laçın dəhlizi ərazisində və Şuşanın yaxınlığında şiddətli döyüşlər davam edir”.
Hərbi analitiklərin fikrincə, Azərbaycanın payız hücumunun uğurunun səbəbi Bakının Ermənistan ordusundan xeyli dərəcədə üstün olmasıdır. Bundan əlavə, Ermənistan əhəmiyyətli taktiki səhvlərə yol veriblər. “Yenilməzliyə inanan ermənilər kəşfiyyat, döyüş təchizatı, texniki təchizat, hava hücumundan müdafiə məsələlərində diqqətdən qaçırıblar. Nəticədə Ermənistan Dağlıq Qarabağı itirmək ərəfəsindədir”.
Müstəqil hərbi ekspert Yuri Lyaminin sözlərinə görə, Azərbaycan qoşunları xüsusilə müasir silahlarla havada zərbələrlə cəbhədə təşəbbüsü əldə saxlamaqda davam edirlər. Ekspert deyib ki, döyüşlərin ilk ayı ərzində cəbhənin cənub istiqamətində qondarma “dqr”in müdafiəsi yarıldı, indi isə cənubdan şimala- Laçına və Şuşaya doğru zərbə endirirlər . “Hadisələrin gələcək inkişafı əsasən orada gedən döyüşlərlə müəyyənləşdiriləcəkdir. Azərbaycan qüvvələri Laçın və Şuşanı alsalar, o zaman “Qarabağ Respublikasında” vəziyyət son dərəcə çətinləşəcəkdir” deyə, o bildirib.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.