Mərkəzi ABŞ-da yerləşən “JohnsonJohnson” şirkəti rəsmi Tvitter səhifəsindən dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
Oxu24.com xəbər verir ki, şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, informasiya savaşı zamanı xarici şirkətlərin iç üzünü görürük.
“Beynəlxalq şirkətlər bu illər ərzində ölkəmizdə ermənilərin terror hədəfinə məruz qalan uşaqlar və qadınlarla bağlı dəstəyi daim düşmənə veriblər. Bu da erməni lobbisinin fəaliyyətindən irəli gəlir. Artıq biz bu müharibə dövründə informasiya savaşı zamanı xarici şirkətlərin iç üzlərini görürük. İllərdir biz onların məhsullarından istifadə edirik. Amma kim onların fəaliyyətini araşdıra bilmişdi?! Bundan öncə də, McDonalds şirkəti erməni terroruna qarşı paylaşım edib, daha sonra onu sildi ki, bizim məqsədimiz yalnız insanlara xidmət etməkdir. Nəticədə onların çoxsaylı işçisi birlik göstərib işdən imtina etdilər. Sadəcə olaraq, biz bu şirkətlərin iç üzünü vaxtında aşkarlasaydıq, içimizdəki düşmənləri də tez bir zamanda görə bilərdik”, – K.Ağzadə deyib.
Qondarma “dqr”-i təbliğ etməklə Azərbaycanın ərazi bütövlüyünə qarşı addım atan“Johnson Johnson” şirkəti Azərbaycanda müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman preparatları, həmçinin, məhsullarının satışını həyata keçirir.
Şirkətin Azərbaycan bazarındakı məhsullarını təqdim edirik:
Dəri üçün olan məhsullar – “Le Petit Marseillais”, “Clean Clear”, “Neutrogena Norveç Formulu”, “Johnson’s”;
Uşaq üçün “Desitin”, “Johnson’s Baby” məhsulları;
Qadın gigiyenası üçün “Carefree”, O.B. məhsulları;
Ağız boşluğu təmizliyi üçün “Reach”, “Listerine”, “Metroqil Denta” məhsulları;
Mədə – bağırsaq preparatları “İmodium”, “Микроклизма Микролакс” məhsulları;
Soyuqdəyməyə və qrip əlehinə “Geksoral”, “Doktor MOM”, “Rinza”, “Tizin” məhsulları;
“Vizin”, “Nikorette” məhsulları.
Şirkət məhsullarının dünya üzrə mənfi imici formalaşıb. Bir çox xarici mənbələrdə şirkət məhsullarının insan sağlamlığına mənfi təsir göstərdiyi qeyd edilib.
2017-ci ildə şirkətə qarşı daimi müştərisi tərəfindən məhkəmə işi başladılıb. Məhkəmə işi sağlamlığının şirkətin məhsullarına görə pozulduğunu deyən zərərçəkənin xeyrinə yekunlaşıb və məhkəməni açan şəxsə şirkət tərəfindən 110 milyon dollar ödənişin edilməsinə dair qərar qəbul edilib. “Johnson Johnson LLC”-nin uşaqlar üçün nəzərdə tutulan məhsullarının xüsusilə təhlükəli olduğu iddia edilir.
Oxu24.com
ŞƏRHLƏR