Qaynar xətt:

(+99450) 247 90 86

Erməni əsirlər həmvətənlərinə səsləndi: "Silahı yerə qoyun, boş yerə ölməyin" - VİDEO

Erməni əsirlər həmvətənlərinə səsləndi: \\\"Silahı yerə qoyun, boş yerə ölməyin\\\" - VİDEO

DÜNYA

579

01.11.2020, 19:17

CBC telekanalı Azərbaycandakı erməni əsirlərin müharibə barədə etiraflarından reportaj hazırlayıb.

Əsirlər Azərbaycan hərbçiləri ilə qarşılaşana qədər türkləri qəddar və qaniçən kimi təsəvvür etdiklərini deyiblər. Belə bir ittiham ümumi səfərbərlik dövründə ölkələrinin hərbi və siyasi rəhbərliyi tərəfindən bildirilib.

Oxu24.com xəbər verir ki, əsirlərin dediyinə görə, əslində, Azərbaycan hərbçiləri döyüş meydanında cəsarətlə vuruşur və düşmənə qarşı humanizm nümayiş etdirirlər.

Erməni əsirlər həmvətənlərini silahlarını yerə qoyub evlərinə dönməyə çağırıblar, çünki Qarabağ Azərbaycan torpağıdır.