Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda sensassiya yaradacaq hadisə: Ordumuz düşmənin xüsusi təyinatlı hərbi hissəsin vurdu

Ermənistanda sensassiya yaradacaq hadisə: Ordumuz düşmənin xüsusi təyinatlı hərbi hissəsin vurdu

DÜNYA

3488

01.11.2020, 16:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində darmadağın edilib.
"Report"un məlumatına görə, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla, 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib. Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.
Qeyd edək ki, bu xüsusi təyinatlı hərbi hissənin komandiri ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, bir neçə gün əvvəl gedən döyüşlər zamanı məhv edilib.