ABŞ-ın keçmiş dövlət katibi Corc Prat Şultz Tramp administrasiyasının davranışları səbəbindən ABŞ-ın Rusiya və Çinlə ikinci soyuq müharibə ərəfəsində olduğunu bildirib.
Publika.az xəbər verir ki, ABŞ-ın Avropa və Asiyadakı yaxın müttəfiqləri ilə də münasibətlərini pozduğunu deyən Şultz, rəsmi Vaşinqtonun diplomatiya əvəzinə hərbi təhdidlərə üstünlük verdiyini qeyd edib.
Vaşinqtonun müttəfiqlərlə münasibətlərində ciddi inamsızlığın olduğunu və bunun düzəldilməsinin illər çəkəcəyini vurğulayan eks dövlət katibinin sözlərinə görə, ABŞ adıçəkilən iki ölkə ilə soyuq müharibə vəziyyətinə yaxınlaşır.
Şultz Vaşinqtonu ortaqlarına ABŞ-ın da onlarla eyni demokratik dəyərləri paylaşdığını nümayiş etdirməyə və rəqiblərinə qlobal problemləri həll etmək üçün birlikdə işləmək bacarığını göstərməyə çağırıb.
Qeyd edək ki, Corc Şultz 1982-1989-cu illərdə ABŞ-ın dövlət katibi olub.
Oxu24.com
ŞƏRHLƏR