TƏCİLİ! İran bu ölkəyə hücuma keçdi - Bombardman edilir
23 May 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
500
31.10.2020, 18:08
BMT-nin ölkələr üzrə əhali statistikasını gündəlik hesablayan proqramı var. Həmin sayta görə, bu il, 2020-ci ilin 30 oktyabrına qədər Ermənistanda rəsmən 3 mln. 76 min əhali yaşayır (Real olaraq isə bu rəqəm 2 milyon civarındadır – red.) Bu ilin ilk 10 ayı ərzində təbii artım (doğulanların sayı) 33 min 951 nəfər olub. Ölənlərin sayı isə (COVİD və müharibəni nəzərə almadan) 22 975 nəfərdir.
KONKRET.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, ölkədən bu il 1689 nəfər rəsmi olaraq köçüb. Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 10 minə yaxındır:
“COVİD-19 səbəbi ilə Ermənistanda bu günə qədər 1341 nəfər ölüb, öz işğalçı siyasətlərini davam etdirərək Qarabağa göndərdikləri əsgərlərdən ölü sayı rəsmi məlumata görə 1200, qeyri-rəsmi hesablamalara görə isə 10 min civarındadır. Deməli, bu ilin ilk 10 ayında Ermənistanda ölü sayı (bütün səbəbləri nəzərə almaqla) 35 min civarındadır. İşğalçı siyasətlərini davam etdirdiklərini və COVİD-19 pandemiyasının pik nöqtəyə yaxınlaşdığını nəzərə alaraq, Ermənistanda bu ilin sonuna qədər bütün səbəblərdən ölənlərin sayı 45 min civarında olacaq.
Yeni doğulan uşaq sayının isə ilin sonuna 36 min civarında olması gözlənilir. Ölkədən qaçanların sayının il sonuna 15 min civarında olacağını düşünsək, bu il – 2020-ci ildə ölkə əhalisinin 24-25 min civarında azalacağı gözlənilir. Öz işğalçı siyasətlərinə görə bizim torpaqlarda məhv edilən əsgərlərin 18-40 yaşları arasında olduğunu nəzərə alaraq onu demək mümkündür ki, yaxın illərdə Ermənistanda təbii artım kəskin azalacaq”.
Ekspert qeyd edib ki, müharibədən, Azərbaycanın qələbəsindən sonra 2021-ci ildə Ermənistandan qaçan əhali sayında ciddi artım olacağı gözlənilir, yəni yaxın illərdə Ermənistanın təbii artımı daha da aşağı düşəcək, çünki ölkədən köçən əhalinin əksəriyyəti 18-40 yaşlı vətəndaşlardır:
“Beləliklə, Ermənistanın təcavüzkar, işğalçı siyasəti, Azərbaycanın əzəli torpaqlarında apardığı mənasız müharibə nəticəsində ölkənin gələcəyi şübhə altına düşür. Miqrasiyanın artması, doğuşun azalması yaxın 10 ildə Ermənistan əhalisinin, ən azı, 500 min azalacağını deməyə əsas verir. Bu isə kritik həddin keçilməsidir, çünki əhali sürətlə qocalacaq, doğuş azalacaq, ölkənin iqtisadi yükü artacaq. İşləyənlərin sayı azaldıqca təqaüd alanların sayı kəskin artacaq ki, bu da çəkiləcək durum deyil.
Düşünməlidirlər ki, bu gün yürütdükləri siyasət həm Ermənistanı məhvə aparır, həm də Cənubi Qafqazın inkişafını əngəlləyən əsas faktora çevrilib. İşğaldan vaz keçib, tarixi “xəstəlikdən” sağalıb, normal qonşu kimi yaşamağa başlasalar, bəlkə də gələcəklərini xilas edə bilərlər”.
02:00 / 24 May 2026
167
01:23 / 24 May 2026
219
01:14 / 24 May 2026
750
01:01 / 24 May 2026
261
00:58 / 24 May 2026
111
00:54 / 24 May 2026
503
00:51 / 24 May 2026
278
00:43 / 24 May 2026
464
00:41 / 24 May 2026
285
00:17 / 24 May 2026
442
00:03 / 24 May 2026
142
23:59 / 23 May 2026
348
23:59 / 23 May 2026
181
23:56 / 23 May 2026
287
23:50 / 23 May 2026
222
23:39 / 23 May 2026
484
23:36 / 23 May 2026
485
23:33 / 23 May 2026
135
23:25 / 23 May 2026
138
23:19 / 23 May 2026
126
23:17 / 23 May 2026
116
23:14 / 23 May 2026
275
23:11 / 23 May 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.