Qaynar xətt:

(+99450) 247 90 86

Erməni din xadimi Azərbaycana əsir düşdü /Video

Erməni din xadimi Azərbaycana əsir düşdü /Video

DÜNYA

2157

30.10.2020, 19:01

Ermənistan din xadimlərini də Azərbaycana qarşı döyüşlərə göndərir.
Oxu24.com-un məlumatına görə, hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub. Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Araratoviç Sahakyan din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq, silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir.
Hovsep Sahakyan “Youtube” və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.