“Dağlıq Qarabağ münaqişəsi ətrafında sadə həll yolu yoxdur”.
APA-nın məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
V. Putin qeyd edib ki, hərənin öz həqiqəti var: “Burada sadə həll yoxdur. Dağlıq Qarabağ ətrafındakı münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında maraqlar balansını tapmaq lazımdır”.
O, Qarabağ nizamlanmasının ilkin mərhələsində hərbi əməliyyatları dayandırıb, masa arasına oturmağın lazım olduğunu söyləyib.
Rusiya Prezidenti birinci Qarabağ münaqişəsinin başlanma tarixindən də danışıb. O, 80-ci illərin sonunda Sovet rəhbərliyini insanların təhlükəsizliyini təmin etməməkdə günahlandırıb: “Sovet rəhbərliyi birinci Qarabağ münaqişəsi başlayanda insanların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyib”.
Oxu24.com
ŞƏRHLƏR