TƏCİLİ! İran bu ölkəyə hücuma keçdi - Bombardman edilir
23 May 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
670
28.10.2020, 22:24
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sabah Cenevrədə görüşünün təşkil ediləcəyi bir vaxtda, düşmən ölkə son 2 gün ərzində dinc əhalini hədəf aldı. Döyüş meydanında məğlub olan bir ölkə danışıqlar aparmaq üçün yalvarmadığı ölkə qalmayıb. Ancaq yenə də dinc əhaliyə qarşı terorr aktı törədir. Beynəlxalq məsələlər üzrə ekspert Kərəm Məmmədov hesab edir ki, nazirlərlin sabahkı görüşündə danışıqların məqsədi yaranacaq fasilədən istifadə edərək Ermənistanın cəbhədə möhkəmlənməsinə nail olmaqdır. Buna görə də sabakı görüşdə də heç bir nəticə əldə edilməyəcək.
Ermənistan bir tərəfdən danışıqlar aparmaq üçün xarici ölkələrə yalvarır, digər tərəfdən isə arda-arda Bərdə şəhərində dinc əhalini qətlə yetirir..
29 oktayabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü şərh edən Beynəlxaq məsələlər üzrə ekspert Kərəm Məmmədov deyir ki, Ermənistan hakimiyyəti münaqişənin siyasi həllində maraqlı olasayıdı, bu gün və ötən gün Bərdədə dinc əhaliyə qarşı terror aktı törətməzdi. Ekspert bildirir ki,məhz bu səbəblərə görə də sabahkı görüşün heç bir faydası olmayacaq.
Ekspertin sözlərinə görə Ermənistan işğal etdiyi torpaqlardan çıxacağıyla bağlı qrafik təqdim edərsə, döyüşlər dayana bilər. Prezident İlham Əliyev çıxışlarında bunu bir neçə dəfə də deyib. Kərəm Məmmədovun sözlərinə görə, 28 il ərzində həmsədrlər Ermənistan qoşunlarını Azərbaycandan çıxmağa vadar etməyiblərsə , bundan sonra da onlar bu işi həyata keçirməkdə maraqlı olmayacaqlar. Görünən mənzərə ondan ibarətdir ki, həmsədrlər çalışırlar ki, Ermənistan məğlub duruma düşməsin, bu isə Azərbaycanın maraqlarına uğun gəlmir və gəlməyəcəkdə. Buna görə də sabahkı görüşdən heç nə gözləməyə dəyməz.
Ekspertin fikrincə danışıqların məqsədi yaranacaq fasilədən istifadə edərək Ermənistanın cəbhə xəttində möhkəmlənməsinə nail olmaqdır.
Qeyd edək ki, oktyabrın 10-da və 18-də Moskvada, oktyabrın 26-da isə Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin iştirakı ilə görüşlər keçirilib və humanitar atəşkəs razılaşması imzalanıb.Ancaq hər üç halda humanitar atəşkəs rejimi Ermənistan tərəfdən kobudcasına pozulub.
01:23 / 24 May 2026
5
01:14 / 24 May 2026
52
01:01 / 24 May 2026
101
00:58 / 24 May 2026
50
00:54 / 24 May 2026
134
00:51 / 24 May 2026
71
00:43 / 24 May 2026
200
00:41 / 24 May 2026
128
00:17 / 24 May 2026
180
00:03 / 24 May 2026
80
23:59 / 23 May 2026
201
23:59 / 23 May 2026
107
23:56 / 23 May 2026
157
23:50 / 23 May 2026
169
23:39 / 23 May 2026
215
23:36 / 23 May 2026
291
23:33 / 23 May 2026
87
23:25 / 23 May 2026
89
23:19 / 23 May 2026
83
23:17 / 23 May 2026
75
23:14 / 23 May 2026
181
23:11 / 23 May 2026
135
23:00 / 23 May 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.