İsrail nazirinin Fransaya girişi qadağan edildi
23 May 2026, 22:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
590
25.10.2020, 22:25
"Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib"
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə deyib.
Dövlət başçısı bildirib:
"İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!"
23:19 / 23 May 2026
1
23:17 / 23 May 2026
8
23:14 / 23 May 2026
5
23:11 / 23 May 2026
27
23:00 / 23 May 2026
99
22:51 / 23 May 2026
252
22:46 / 23 May 2026
67
22:31 / 23 May 2026
68
22:20 / 23 May 2026
72
22:02 / 23 May 2026
64
21:45 / 23 May 2026
163
21:35 / 23 May 2026
151
21:28 / 23 May 2026
159
21:13 / 23 May 2026
195
21:02 / 23 May 2026
241
20:59 / 23 May 2026
168
20:54 / 23 May 2026
181
20:39 / 23 May 2026
209
20:19 / 23 May 2026
107
19:52 / 23 May 2026
330
19:44 / 23 May 2026
311
19:32 / 23 May 2026
274
19:30 / 23 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.