İsrail nazirinin Fransaya girişi qadağan edildi
23 May 2026, 22:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
472
25.10.2020, 22:10
Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr – İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
Oxu24.com xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.
Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.
Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.
Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.
Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
23:19 / 23 May 2026
1
23:17 / 23 May 2026
8
23:14 / 23 May 2026
5
23:11 / 23 May 2026
27
23:00 / 23 May 2026
99
22:51 / 23 May 2026
252
22:46 / 23 May 2026
67
22:31 / 23 May 2026
68
22:20 / 23 May 2026
72
22:02 / 23 May 2026
64
21:45 / 23 May 2026
163
21:35 / 23 May 2026
151
21:28 / 23 May 2026
159
21:13 / 23 May 2026
195
21:02 / 23 May 2026
241
20:59 / 23 May 2026
168
20:54 / 23 May 2026
181
20:39 / 23 May 2026
209
20:19 / 23 May 2026
107
19:52 / 23 May 2026
330
19:44 / 23 May 2026
311
19:32 / 23 May 2026
274
19:30 / 23 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.