Qaynar xətt:

(+99450) 247 90 86

İranda bir gündə rekord sayda insanda COVID-19 aşkarlanıb

İranda bir gündə rekord sayda insanda COVID-19 aşkarlanıb

DÜNYA

576

25.10.2020, 15:19

İranda daha 296 nəfər koronavirusun qurbanı olub.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, İranda, ümumilikdə, 32 616 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada rekord sayda - 6 191 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 568 896-ya yüksəlib. Məlumatda həmçinin 4 969 nəfərin ağır vəziyyətdə olduğu, 455 054 nəfərin isə sağaldığı vurğulanıb.