Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40447
az

Ermənistan ordusunun real mənzərəsi - Əsgər tapılmır - VİDEO

15:1923 Oktyabr, 2020
558
DÜNYA
  • A

İndi təqdim edəcəyimiz görüntülər ermənilərin peşəkar rejissorları tərəfindən çəkilib. Özü də bu rejissorları cəbhə xəttinə Ermənistan baş naziri şəxsən göndərib ki, ''qüdrətli ordu'' barədə həqiqətləri ermənilərə, dünyaya göstərsinlər. Hörmətli tamaşaçılar, ermənilərin özlərinin yaydığı bu görüntüləri izləməyənə qədər də qarşı tərəfin kasad hərbi, imkanları, rəzil ordusu barədə məlumatlar verirdik. Lakin inanın ki, dediklərimiz izləyəcəyiniz görüntülərin yanında azdır. Ermənilərin yaydığı görüntülər elə özlərinin yalanları ifşa edir. Baxın və özünüz qiymət verin. Hansı millət belə bir ordusunun olduğuna görə fəxr edər?

Paşinyan hərbçilərə yalvarır. Amma bunu vecinə almayan və ya əli cibində baş nazirə qulaq asan adamlar bu yalvarışlara əhəmiyyət vermədiyini sərgiləyir. Çünki insanlar onların olmayan torpaqlar üçün ölməkdən artıq beziblər.

Milli.Az bildirir ki, ordudakı ruh düşkünlüyünü aradan qaldırmaq istəyən Ermənistan höküməti 1993-cü ildən fəaliyyət göstərən yerli Bars Media Sənədli Filmlər Studiyasını göndərir cəbhə bölgəsinə ki, guya hər şeyin əla olduğunu göstərsinlər. Onlar da elə bilirdi ki, həqiqətən də gəlib buynuzlu at və ya təpəgöz görəcəklər. Amma ilk dəqiqələrdən qarşılarına çıxan nə oldu?

Tarzan üsulu ilə özünə ağac budaqlarından sipər düzəltmiş ağsaqqal (1-00:13), tənginəfəs olmuş, yorğun qoca hərbçilər müharibənin ciddiyyətini tam anlamayan yaşlılar, yorğun və bitkin insanlar

Bu günlərdə lentə alınmış, heç bir şərhə ehtiyyacı olmayan bu kadrlara diqqətlə baxın. Necə deyərlər heç meşədə bu qocalarla yaşıd ağac qalmayıb.

Bu kadrda isə bir qədər cavan olan hərbçi yaşlı kişini göstərərək gülür ki, axi bunu bura niyə gətiriblər?

Köklükdən heç normal danışa bilməyən ağzında dişi olmayan, piylənmiş qarnına paltar sığmayan insaların müharibədə məğlub olmaqdan başqa yolunun olmadığını yəqin Paşinyan indi daha yaxşı başa düşər.

Ermənistan ordusunda hərbi geyim ümumiyyətlə tapılmır. Hərbi üst və alt geyim əvəzinə əllərinə düşəni geyinən əsgərlərə hərbi çəkmə əvəzinə rezin sapox və ya parçadan olan idman ayaqqabıları verilir, baş geyimi köhnə və cırıqdır (1-01:36) ümumiyyətlə hərbi papaqlı az adam var.

Qızları da döyüşə cəlb edən Paşinyanın məqsədi nədir görəsən? Gözləri zəif, eynəksiz bir addım belə ata bilməyəcək insanları isə tez-tez görmək olar.

Onsuz da məğlub olduqlarının fərqinə varan əsgərlərin öz işinə laqeyd yanaşması isə bu kadrlardan aydın görünür. Damağında siqaret, sanki müharibə vecinə deyil.

Bu görüntünü görən həm peşəkar hərbçi, həm də adi insanı gülmək tutacaq ki, erməni əsgərləri müharibəyə sanki quş vurmağa gəlib. Belə olmasaydı avtomatlar göyə tuşlanmazdı.

Gərgin döyüşlərin ortasında kadra girən bu yazıq və qorxmuş erməni əsgərin anası yəqin ki, indi Paşinyanı nəyi var söyür.

Bütün bunların fonunda orduda qorxu pik həddədir. Bu kadrlardan hər şey açıq aydın görünür. Azərbaycan ordusunun həmlələri qarşısında düşmən əsgərinin acızliyini siz də izləyin. Və nəticə: hərbçilər mövqelərini qoyaraq qaçmağa məcbur olur.

Bəli, ermənilər illərdir "böyük, qüdrətli ermənistan ordusu" mifini bütün dünyaya sırımağa çalışdılar. Amma indi hamı görür ki, o böyük görünən şey, üstünə işıq düşən sınıq bir budağın kölgəsi imiş, kənardan böyük və qüdrətli görünürmüş. Azərbaycan ordusu o budaqları hələ çox sındıracaq. /xezerxeber.az

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR