Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi

Son dəqiqə! Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi

DÜNYA

1030

21.10.2020, 18:40

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.
Oxu24.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib. “Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin, ən azı bu mərhələdə, bu mərhələdən başlayaraq, diplomatik həll yolu yoxdur”, - Paşinyan deyib.
Onun sözlərinə görə, erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək.