UNO-larla bağlı video yayıldı
22 May 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
728
19.10.2020, 22:45
Erməni cəmiyyətinin guya ABŞ-ın siyasi istiqamətini dəyişdirmək gücündə olan erməni diasporu haqda ümidləri xülyadır. Erməni diasporu İsrail, yaxud, məsələn, İrlandiya diasporundan daha zəifdir. Şişirtməyə gərək yoxdur.
Oxu24.com xəbər verir ki, bunu Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor Karen Şahnazarov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil:
“Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı təqdirdə mümkün olacaq. Bu, yalnız Ermənistan ordusunun Bakıya daxil olduğu halda baş verə bilər. O da heç vaxt olmayacaq! Ermənilərin buna nə gücü, nə də imkanları var. Odur ki, İrəvan hər halda kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır.
Bu mənada Ermənistanın gələcəyini də ölçüb-biçmək lazımdır. Son nəticədə əsas məsələ Ermənistan və orada yaşayan erməni xalqıdır. Çünki diasporlar budaqlardır, gövdəsi isə Ermənistandır. Hazırda Ermənistan mühasirədədir. Bəli, İran Ermənistana kifayət qədər xeyirxah münasibət bəsləyir, – bu gün belədir, amma bir müddət sonra onun özünü necə aparacağını bilmirik. İranda 20 milyon azərbaycanlı (əslində isə 40 milyondur – red.) yaşayır, onlar hələ ki, kifayət qədər ehtiyatlı davranırlar. Bu baxımdan Ermənistan hökumətinin düşünməli olduğu bir məsələ var.
Dağlıq Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiyaya oxşamır. Anlamaq lazımdır ki, Qarabağ Azərbaycan Respublikasının bütün dövlətlər, o cümlədən Ermənistanın özü tərəfindən rəsmi olaraq tanınan ərazisidir. Buna görə də Ermənistan rəhbərliyi bu məsələnin həlli uğrunda ən müxtəlif variantları nəzərdən keçirmək üçün özündə güc tapmalıdır”.
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.