UNO-larla bağlı video yayıldı
22 May 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
863
19.10.2020, 23:35
“Bu gün Rusiyanın TASS agentliyi İlham Əliyevdən və Nikol Paşinyandan müsahibə aldılar. Müsahibədə hər ikisinə demək olar ki, eyni suallar ünvanladılar. Müsahibələrdə əsas bilmək istədikləri iki məqam vardı: 1. Tərəflərin sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsinə münasibətləri və 2. Rusiyanın rəhbərliyi ilə Moskvada növbəti görüşün keçirilməsinə münasibətləri. Bu müsahibələrin məqsədi prosesi Moskvanın nəzarətinə keçirməkdir”.
Oxu24.com-un xəbərinə görə, bunu siyasi fəal Azər Qasımlı deyib.
“Aydın idi ki, hər iki tərəf görüşə yox deməyəcəklər. Çünki bu həftənin cümə günü ABŞ dövlət katibi Mayk Pompeo bizim və erməni xarici işlər nazirlərini danışıqlara dəvət edib. Bir sözlə məsələmiz geopolitik maraqlar və rəqabətin aktiv mərhələsinə qədəm qoydu. Bu gün də BMT Təhlükəsizlik Şurasının qapalı iclasında müzakirəyə çıxarılacaq. Lakin bu iclasda hər hansı ciddi qərarı gözləməyə dəyməz. Diplomatlarımız möhkəm olmalıdılar. Əlimiz güclüdür. Bu səfər həm beynəlxalq hüquq, həm hərb meydanında, həm müttəfiqlər baxımından vəziyyət bizim xeyrimizədir. ABŞ, Britaniya və Avropa Birliyi Ermənistanı dəstəkləmir və məsələnin “ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı” hüququ əsasında həllinin tərəfdarıdır. Ermənistanın bütün hərbi qüvvələri işğal olunmuş ərazilərdən, bir sözlə Azərbaycandan çıxmalıdır. Tək 7 rayon deyil (ikisini artıq azad etmişik!), Şuşa da dərhal bizə qaytarılmalıdır. Digər məsələləri isə sonra danışmaq olar. İşğal olmasa sülh olar!” – A.Qasımlı qeyd edib.
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.