KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
783
19.10.2020, 22:23
“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”.
Oxu24.com xəbər verir ki, bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aleksandrs Kirşteyns qurumun veb-seminarında bəyan edib. O, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb: “Bu sammitdə iştirak edən və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisində olduğu müddətdə münaqişənin həll oluna bilməyəcəyini açıq şəkildə söyləyən Azərbaycan təmsilçisini tam dəstəkləyirəm. Əsas odur ki, bütün bunlar Azərbaycan ərazisində baş verir”.
NATO-da təmsil olunan millət vəkili daha sonra bildirib:
“Erməni silahlı birləşmələri oradan çıxmalıdır. Hətta müəyyən ediləcək cədvələ görə. Əks təqdirdə, Ermənistanın mövqeyi heç bir nəticəyə gətirib çıxarmayacaq. Bu, Azərbaycan təmsilçisinin baxış nöqtəsidir və Latviya tərəfinin NATO-dakı mövqeyi buna zidd deyil. Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.
Millət vəkili Ermənistanın Azərbaycanın əhalisi ən çox olan ikinci şəhəri Gəncədə mülki şəxslərə raket zərbələri endirməsinə də münasibət bildirib: “Ermənistan bununla da Azərbaycan Ordusunun Dağlıq Qarabağın baş şəhəri Xankəndinə yaxınlaşmasını təxirə salmağa çalışır. Dünən xəritəyə baxdım və Azərbaycan Ordusunun xeyli irəlilədiyini və Xankəndinin yaxınlığında yerləşdiyini anladım. Ermənistandan dinc bir şəhərin atəşə tutulması ümidsizliyin bir addımı idi.
Hər halda, əslində mənim baxışım budur ki, Ermənistan silahlı qüvvələrini tamamilə geri çəkməyə və bütün hücumları dayandırmağa hazır olmalıdır. Ermənilər qoşunlarını geri çəkməkdən imtina etsələr, bu müharibənin danışıqlar yolu ilə necə dayandırılacağını təsəvvür edə bilmirəm. Ermənistan işğal olunmuş əraziləri tərk etməli, sonra da Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir.
Hərbi əməliyyatların mülki əhalinin ölümünə səbəb olacağı aydındır. Və bu yolverilməzdir. Çox güman ki, müharibə Ermənistanın Dağlıq Qarabağın Azərbaycan daxilindəki yüksək muxtar statusuna razı olana qədər davam edəcək.
Minsk Qrupunun 30 ildir bu münaqişəni həll edə bilmədiyi barədə fikirləri bölüşürəm. Avropa Birliyi bunun üçün heç bir şey etməyib”.
00:08 / 16 Noyabr 2026
156
23:41 / 15 Noyabr 2026
173
23:35 / 15 Noyabr 2026
270
23:32 / 15 Noyabr 2026
141
23:07 / 15 Noyabr 2026
519
22:43 / 15 Noyabr 2026
1198
22:34 / 15 Noyabr 2026
181
22:24 / 15 Noyabr 2026
150
22:05 / 15 Noyabr 2026
1210
21:57 / 15 Noyabr 2026
614
21:37 / 15 Noyabr 2026
1496
21:07 / 15 Noyabr 2026
1457
20:58 / 15 Noyabr 2026
685
20:55 / 15 Noyabr 2026
269
20:44 / 15 Noyabr 2026
458
20:39 / 15 Noyabr 2026
168
20:30 / 15 Noyabr 2026
196
20:09 / 15 Noyabr 2026
586
19:51 / 15 Noyabr 2026
578
19:37 / 15 Noyabr 2026
177
19:17 / 15 Noyabr 2026
180
19:09 / 15 Noyabr 2026
163
18:40 / 15 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.