Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya qərb sərhədlərinə qoşun topladı

2018-07/1532462251_erm.jpg

DÜNYA

1015

25.07.2018, 00:01

\"\" 2016-cı ildən başlayaraq Rusiyanın qərbində 70-dən artıq hərbi hissə və birləşmə yaradılıb.
Oxu24.com yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. “Qərbi strateji istiqamətdə yaranan vəziyyət bizdən ordunun döyüş heyətinin və əsas sistemlərinin durmadan təkmilləşdirilməsini tələb edir”, - deyə nazir bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən ordu birləşmələri 5 minə yaxın yeni və müasirləşmiş silah vahidi ilə təmin edilib. Şoyqu əlavə edib ki, çoxsaylı yoxlamalar ordunun hazırlıq səviyyəsinin artdığını göstərir. Belarus hərbçiləri ilə əməkdaşlığa isə xüsusi diqqət yetirilir.