Qaynar xətt:

(+99450) 247 90 86

Putinin müşaviri öldü…

2018-07/1532446929_putin000-00-0-620x330.jpg

DÜNYA

813

24.07.2018, 19:50

\"\" Rusiya prezidenti Vladimir Putinin müşaviri Veniamin Yakovlev 87 yaşında dünyasını dəyişib.
Oxu24.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hüquqşünaslar Assosiasiyası məlumat yayıb. “İyulun 24-də uzun sürən xəstəlikdən sonra Rusiya Hüquqşünaslar Assosiasiyasının həmsədri, prezidentin müşaviri, hüquq elmləri doktoru, professor, SSRİ-nin əməkdar hüquqşünası, “Vətənə xidmətə görə” orden sahibi Veniamin Yakovlev 87 yaşında dünyasını dəyişib. Assosiasiyanın hüquqşünasları Veniamin Fyodorviçin doğmalarına və yaxınlarına baş sağlığı verir”, – deyə məlumatda qeyd olunub. V. Yakovlevlə vida mərasimi iyulun 26-da keçiriləcək.\"\"