Türkiyənin Konya şəhərində Rahim A. adlı evli kişi 4 ildir birlikdə yaşadığı qadını öldürüb.
Azərbaycanlı Saibə Y. adlı qadın küçənin ortasında Rahim A. adlı şəxs tərəfindən güllələnib.
3 uşaq anası və ərindən boşanmış Saibə Y. dünənən Rahim A. adlı sevgilisinin iş yerinə gələrək ondan arvadından boşnmağını və özü ilə evlənməsini tələb edib. Bundan sonra cütlüklər arasında münaqişə yaranıb. Hadisə yerinə polis gəlib. Onlar bir-birlərindən şikayətçi olmadıqlarını bildiriblər.
Rahim A. Azərbaycanlı sevgilisinin dünənki hərəkətindən qəzəblənərək bu gün Saibənin çalışdığı iş yerinə gəlib. Onu küçənin ortasında güllələyib və hadisə yerindən qaçıb. 8 güllə yarası alan Azərbaycanlı qadın isə xəstəxanada dünyasın dəyişib.
Hazırda türkiyə hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. Cinayəti törədən Rahim A. adlı şəxsin yaxalanması istiqamətində iş aparır.
Qeyd edək ki, cinayəti törədən Rahim A. Konyada böyük avtomobil salonun sahibidir. Oxu24.com
ŞƏRHLƏR