Məşhurlara qarşı əməliyyat: Xeyli sayda tutulan var
21 May 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
689
21.09.2020, 00:59
Ağ Evə ABŞ Prezidenti Donald Trampın adına içində ölümcül dərəcədə zəhərli olan "risin" maddəsi olan bir paketin gördərildiyi məlum olub.
Oxu24.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı iki mənbəyə istinadla məlumat yayıb.
Amerika mətbuatında yer alan xəbərlərə görə, zəhərin ötən həftənin əvvəlində Ağ Evə göndərildiyi və üzərinə alıcısı kimi Trampın adının yazıldığı bildirilib.
Paket Ağ Evin təhlükəsizlik heyəti tərəfindən müsadirə edilib. İçində risinin mövcudluğunun sübuta yetirilməsi üçün paketdən nümunələr götürülüb və iki test edilib.
Məsələ ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBI) və Prezidenti qoruyan Məxfi Servis tərəfindən istintaq başladılıb. Ağ Ev hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Ağ Evə göndərilən bütün poçtlar kənardakı bir bölgədə nəzarətdən keçirilir.
Risinin zərrə qədər miqdarı belə adamı öldürmək üçün yetərlidir.
Dünyanın ən güclü zəhərlərindən biri sayılan risin ana vətəni Hindistan olan və südləyənkimilər fəsiləsinə aid gənəgərçək toxumundan əldə edilir. O, proteinin quruluşundakı güclü bir sitotoksin kimi tanınır. Qaz şəklində dağıldıqda ağciyər çatışmazlığına səbəb olur. Bu maddə 8 saat ərzində insan orqanizmində patoloji dəyişikliklər, 36-72 saat müddətində isə nəfəs çatışmazlığı yaradır.
Qanda tapılması çox çətin olduğuna görə, keçmişdə bir çox siyasi sui-qəsdlərdə bu zəhərdən istifadə edilib.
10:23 / 21 May 2026
1
10:19 / 21 May 2026
8
10:16 / 21 May 2026
15
10:13 / 21 May 2026
19
10:06 / 21 May 2026
27
10:05 / 21 May 2026
23
10:03 / 21 May 2026
116
10:00 / 21 May 2026
36
09:53 / 21 May 2026
32
09:30 / 21 May 2026
46
09:14 / 21 May 2026
66
00:59 / 21 May 2026
250
00:33 / 21 May 2026
268
23:47 / 20 May 2026
154
23:36 / 20 May 2026
306
23:16 / 20 May 2026
298
22:52 / 20 May 2026
250
22:49 / 20 May 2026
98
22:39 / 20 May 2026
114
22:28 / 20 May 2026
109
22:25 / 20 May 2026
95
22:19 / 20 May 2026
109
22:14 / 20 May 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.