BMT Ukraynadan bezib
16 Noyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
741
31.08.2020, 20:37
Rusiya Xarici İşlər Nazirliyi Slovakiyanın Moskvadakı səfirliyinin 3 əməkdaşını ölkədən qovub.
Oxu24.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.
Məsələ ilə bağlı bu gün, Slovakiyanın Rusiyadakı səfiri Petr Priputen Smolensk meydanına (Rusiya XİN-in qeyri-rəsmi adı-red.) çağırılıb. Burada ona Slovakiyanın 3 rus diplomatını “persona non qrata” elan etməsi ilə bağlı etiraz notası təqdim olunub. Rusiya Federasiyası bunu rəsmi Bratislavanın qeyri-dost hərəkəti kimi qəbul etdiyini və beynəlxalq hüquqa uyğun olaraq bənzər addım atdığını bəyan edib.
Qeyd edək ki, Slovakiya hakimiyyətinin Rusiyanın 3 diplomatını ölkədən qovmaq qərarı bu il avqustun 10-da verilib. Həmin diplomatlar Gürcüstan vətəndaşı və çeçen əsilli müxalif Zəlimxan Xanqoşvilini Berlində öldürən şəxslərə Avropa Birliyinin ərazisinə daxil olmaq üçün qeyri-qanuni viza verməkdə və beləliklə qətlin diplomatik tərəfini həyata keçirməkdə suçlanırlar.
Məlum olub ki, Slovakiyanın Sankt-Peterburqdakı baş konsulluğu üçün təqdim olunan sənədlər tamamilə saxta olub və burada səfirlik xüsusi rol oynayıb.
Xatırladaq ki, Zəlimxan Xanqoşvili ötən il avqustun 23-də Almaniyanın paytaxtı Berlin şəhərində, Tirqarten parkında gəzərkən güllələnərək öldürülüb. Qatilin üzərində səsboğucu ilə təchiz olunmuş “Glock 26” markalı tapança olub.
Qərb mətbuatı qətlin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qrupu tərəfindən hazırlanaraq icra edildiyini yazır.(musavat.com)
19:47 / 16 Noyabr 2026
7
19:40 / 16 Noyabr 2026
52
19:28 / 16 Noyabr 2026
48
19:18 / 16 Noyabr 2026
72
19:09 / 16 Noyabr 2026
79
19:05 / 16 Noyabr 2026
72
18:58 / 16 Noyabr 2026
81
18:52 / 16 Noyabr 2026
90
18:45 / 16 Noyabr 2026
86
18:41 / 16 Noyabr 2026
88
18:35 / 16 Noyabr 2026
132
18:23 / 16 Noyabr 2026
91
18:17 / 16 Noyabr 2026
125
18:16 / 16 Noyabr 2026
90
18:05 / 16 Noyabr 2026
97
18:04 / 16 Noyabr 2026
97
17:55 / 16 Noyabr 2026
99
17:50 / 16 Noyabr 2026
419
17:47 / 16 Noyabr 2026
97
17:30 / 16 Noyabr 2026
105
17:26 / 16 Noyabr 2026
116
17:25 / 16 Noyabr 2026
102
17:25 / 16 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.