Trampdan İrana qarşı yeni hücum siqnalı: "Tezliklə..."
19 May 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
615
20.08.2020, 18:03
Önümüzdəki payızda Rusiyada əhalinin koronavirusa qarşı yerli peyvənd olunmasına başlaması gözlənilir.
Oxu24.com xəbər verir ki, tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov "Sputnik" radiosuna verdiyi müsahibədə peyvəndlə bağlı vacib nüansları diqqətə çatdırıb.
Mütəxəssis COVID-19 əleyhinə peyvənd şərtlərinin qripin vurulmasından əvvəl tətbiq olunan məhdudiyyətlərə bir qədər bənzədiyini söyləyib.
Jemçuqov qeyd edib ki, dərman xəstələrə verilməməlidir. Bir insanın hərarəti 37 dərəcədən xeyli yüksəkdirsə, ona peyvənd vurula bilməz. Bundan əlavə, bu prosedurdan əvvəl spirtli içkiləri qəbul etmək olmaz.
“Peyvənddən əvvəl heç bir halda spirtli içkiləri içməməlisiniz, yüngülünü belə. Peyvənd alkoqola elə bir şəkildə reaksiya verə bilər ki, insanın səhhəti pisləşə bilər. Düşünürəm ki, peyvənddən əvvəl 10-12 saat, hətta bir gün əvvəl alkoqol içmək olmaz. Vaxt qaraciyərin necə işlədiyindən asılıdır. Həkimlərdən utanmamaq və peyvənd etməzdən əvvəl maraq doğuran bütün suallar verilməlidir. Peyvəndin son müddəti, dərmanın soyuducuda saxlandığı temperatur barədə həkimdən soruşmaq lazımdır.
Soyuducuda temperatur dörd dərəcədən yüksək olmamalıdır. Birdəfəlik şprisin düzgün istifadə olunduğunu yoxlamaq üçün həkimin əlcək geyib-geyməməsinə də diqqət yetirməlisiniz. Ümumiyyətlə, peyvənd yalnız tibb bacısı tərəfindən deyil, həkim tərəfindən edilməlidir. Odur ki, əvvəlcədən Rospotrebnadzor və Səhiyyə Nazirliyinin saytından məlumat toplamalı və hər şeyin lazımi qaydada olmasını tələb etməlisiniz”, - immunoloq yekunda bildirib.
21:58 / 19 May 2026
1
21:35 / 19 May 2026
37
21:20 / 19 May 2026
37
21:09 / 19 May 2026
43
20:47 / 19 May 2026
52
20:47 / 19 May 2026
41
20:42 / 19 May 2026
46
20:38 / 19 May 2026
43
20:34 / 19 May 2026
44
20:31 / 19 May 2026
37
20:27 / 19 May 2026
87
20:24 / 19 May 2026
143
20:23 / 19 May 2026
104
20:12 / 19 May 2026
61
19:51 / 19 May 2026
86
19:35 / 19 May 2026
69
19:22 / 19 May 2026
103
19:00 / 19 May 2026
142
18:58 / 19 May 2026
97
18:48 / 19 May 2026
125
18:29 / 19 May 2026
74
18:19 / 19 May 2026
114
18:01 / 19 May 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.