Moskvaya hücum BAŞLADI
19 May 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
525
16.08.2020, 17:40
İnşaat mühəndisi Prof. Dr. Mehmet Fatih Altan "mümkün bir İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm, amma hazır deyilik" açıqlaması ilə Türkiyəni gözləyən yeni təhlükədən danışıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərmərə zəlzələsinin 21-ci ildönümü ərəfəsində açıqlama verən Fatih Altan 7,5 bal gücündə gözlənilən zəlzələdə 200 min insanın ölə biləcəyini bildirib.
O, zəlzələ riski ilə əlaqədar görüləcək tədbirləri sadalayıb və inşaat mühəndislərinin binalarda nələrə diqqət etmələrini izah edib.
Altan Şimali Anadolu fay xəttinin Türkiyə üçün önəmli olduğunu vurğulayıb: "Bu xətt üzərində şərqdən qərbə bəlli vaxtlartda zəlzələlər olub. Hazırda sürüşmə qərbə doğru davam edir. Böyük İstanbul zəlzələsindən 21 il keçdi. Amma hələ də hazırlıqlı deyilik. Artık İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm. Ciddi tədbirlər görsək, İstanbulu fəlakətdən xilas edə bilərik", o bildirib.
Onun sözlərinə görə, şəhərləri, yenidənqurma planlarını, inşa edilən mənzilləri, miqrasiyanı fəlakət risklərinə uyğun planlamalıyıq.
Kocaeli zəlzələsinə diqqət çəkən Altan bu ərazidə əhali sayının az olduğunu, İstanbul zəlzələsinin bundan 10 qat daha artıq insanın ölümünə yol aça biləcəyini vurğulayıb: "İstanbulda inşa edilən binaların 85 faizi zəlzələyə davamsızdır. Hər binanı söküb yenidən inşa edə bilmərik. Amma tikililəri gücləndirə bilərik. Bəzi binaları zəlzələdən belə xilas edə bilərik. Xalqın bununla bağlı maarifləndirilməsi çox önəmlidir. Vətəndaşlar zəlzələyə davamsız evlərini boşaltsınlar, evdəki əşyaları divarlara bağlasınlar. Binaların layihələndirilməsi və tikitisi zamanı yer seçimi, tikinti materiallarının seçimi, montaj və s. mərhələlərdə diqqətli olmaq lazımdır".
14:14 / 19 May 2026
30
14:12 / 19 May 2026
13
14:04 / 19 May 2026
24
14:01 / 19 May 2026
22
14:00 / 19 May 2026
22
13:40 / 19 May 2026
121
13:38 / 19 May 2026
57
13:36 / 19 May 2026
58
13:33 / 19 May 2026
39
13:31 / 19 May 2026
42
13:28 / 19 May 2026
45
13:23 / 19 May 2026
85
13:20 / 19 May 2026
109
13:15 / 19 May 2026
47
13:08 / 19 May 2026
48
13:00 / 19 May 2026
417
12:51 / 19 May 2026
211
12:48 / 19 May 2026
53
12:44 / 19 May 2026
110
12:34 / 19 May 2026
54
12:23 / 19 May 2026
91
12:20 / 19 May 2026
47
12:18 / 19 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.