Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37561
az

Ermənilərə şok: Avropa səması bağlandı...

22:3514 Avqust, 2020
475
DÜNYA
  • A

ABŞ-ın Ermənistandakı səfirliyi əməkdaşlara rəsmi səfərlər üçün ermənilərin aviaşirkətlərindən istifadəni yasaqlayıb.

Oxu24.com  Hit.az-a istinadən xəbər verir ki, bu ilin iyun ayında Avropa Birliyi Ermənistanın bütün aviaşirkətlərini Aviasiya Təhlükəsizliyi Siyahısına (EU Air Safety List) daxil edib.

Səbəb Ermənistan aviaşirkətlərinin təhlükəsiz uçuşlarına inamın olmamasıdır.

Ən azı 2022-ci ilədək qüvvədə olacaq qərar Ermənistanın aviaşirkətlərinə AB üzvü olan ölkələrə, habelə AB ölkələri arasında uçuşları yasaqlayır.

Faktiki olaraq, Avropa Birliyi səmasını Ermənistan aviaşirkətlərinə bağlayıb.

Yaxın iki il ərzində Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” adlı şirkətləri heç bir halda, heç bir şərtlərlə Avropa Birliyinin səmasından yararlana bilməyəcəklər.

Avropa Birliyinin qara siyahısında İraq, Venesuela, Əfqanıstan, Anqola, Konqo, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Liberiya, Liviya, Nepal, San-Tome və Prinsipi kimi dövlətlərin də aviaşirkətləri var.

AB-nin, sonra da ABŞ-ın Ermənistan aviaşirkətlərinə qarşı sərt sanksiyalar və yasaqlar tətbiq etməsi, sadəcə, rəsmi olaraq uçuşların təhlükəsizliyinin təminatı ilə bağlıdır.

Əsl səbəb Erməistanda rəsmi qeydiyyata alınmış təyyarələrdən uzun illərdən bəri Afrika ölkələrinə silah, hərbi texnika və sursat daşımaq üçün istifadə olunmasıdır.

Ermənistan rəhbərliyindəki şəxslər bu qanunsuz əməliyyatlarda bilavasitə iştirak edərək külli miqdarda gəlirlər əldə ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Müdafiə Nazirliyi Tayvan üzərində müharibənin başlaması üçün şərtləri açıqlayıb
Braziliya Rusiyadan rekord miqdarda neft məhsulları alıb
Lavrov Mirzoyanla görün nədən danışıb: "Anası uşağı iplə gəzdirirdi" -FOTO

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İki azyaşlı bacısını öldürüb parka gəzməyə getdi- Rusiyada dəhşət