Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İranın daha 4 tankerini ələ keçirdi - ŞOK

ABŞ İranın daha 4 tankerini ələ keçirdi - ŞOK

DÜNYA

1560

14.08.2020, 10:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ İrana aid 4 neft tankerini girov götürüb.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri iddia yayıb.

Xəbərə görə, “Luna”, “Pandi”, “Berinq”, “Bella” adlı tankerlər Hyuston limanına aparılıb.

Qəzetə bu barədə danışan rəsmi mənbələr bildirib ki, tankerlər ABŞ-ın İrana qarşı sanksiyalarını pozub.

İranın Karakasdakə səfiri Höcətullah Sultani iddianı təkzib edib. O, tankerlərin İrana aid olmadığını bildirib.

Qeyd edək ki, Liberiya bayrağı altında üzən tankerlər Yunanıstan mənşəli ixracatçılara aiddir.