ABŞ sakini hantavirusdan ölüb
18 May 2026, 21:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1006
10.08.2020, 16:44
Livanın əsas problemi "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullahdır.
Publika.az xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Beni Qantz parlamentin Müdafiə Komitəsinin iclasında deyib.
O bildirib ki, Nəsrullah İsrailin şimal cəbhəsindəki ən böyük düşməni olsa da, Livan üçün yaratdığı təhlükə daha böyük problemdir.
"Livan kəndlərindəki İran silahlarıyla yenidən bənzər vəziyyət baş verərsə, nə olacağını düşünün. Livanda eyni dam altında qonaq və raket saxlanılan otaqlar var. Bu raket partladığı təqdirdə qonaq otağı da dağılacaq və Livandakı vətəndaş cəmiyyəti ağır əvəz ödəyəcək. Hərbi müəssisə olaraq silahları mülki obyektlərdə saxlayan düşmənlərlə qarşılaşırıq. Əgər döyüşməkdən başqa çarəmiz qalmasa, bunun ağır nəticələri ola bilər", - Qantz bildirib.
Qeyd edək ki, 4 avqustda Beyrut limanında baş verən partlayışın məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürsə də, İsrail bu işdə başqalarının əli olduğunu iddia edir. "Hizbullah"ın baş katibi Həsən Nəsrullah televiziyadakı çıxışında güclü partlayışın baş verdiyi Beyrut limanında "Hizbullah" silahlarının olması barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını, bu cür şayiələrin faciəni siyasiləşdirmək üçün yayıldığını söyləyib.
22:44 / 18 May 2026
370
22:40 / 18 May 2026
202
22:37 / 18 May 2026
63
21:25 / 18 May 2026
68
21:10 / 18 May 2026
71
21:08 / 18 May 2026
73
20:55 / 18 May 2026
67
20:50 / 18 May 2026
72
20:45 / 18 May 2026
74
20:31 / 18 May 2026
360
20:20 / 18 May 2026
71
20:10 / 18 May 2026
113
20:05 / 18 May 2026
76
19:59 / 18 May 2026
84
19:54 / 18 May 2026
109
19:43 / 18 May 2026
151
19:41 / 18 May 2026
106
19:39 / 18 May 2026
83
19:21 / 18 May 2026
404
19:18 / 18 May 2026
92
19:15 / 18 May 2026
113
19:12 / 18 May 2026
298
19:05 / 18 May 2026
776
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.