Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
16 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2451
10.08.2020, 14:22
Yunanıstan hökumətinin Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.
Oxu24.com xəbər verir ki, Türkiyənin dənizlərdəki hərbi və iqtisadi hərəkətliliyindən narahat olan Baş nazir Kiriakos Mitsotakis iclası öz qərargahında təyin edib.
Səbəblər bəlli olsa da, görüşün gündəliyi açıqlanmır.
Yunanıstan Silahlı Qüvvələri Türkiyənin Rodos və Kastelorizo adaları arasındakı ərazidə hərbi təlimlər keçirmək planları ilə əlaqədar narahatlıq keçirir.
Orduda bütün məzuniyyətlər ləğv olunub və döyüş əmrinə tam hazır vəziyyətə gətirilib.
İki ölkənin münasibətlərinin növbəti dəfə gərginləşməsinə səbəb Yunanıstan və Misir arasında dəniz zonalarının delimitasiyası barədə sazişin imzalanması və Türkiyənin Aralıq dənizində karbohidrogen yataqlarında əvvəllər dayandırılmış kəşfiyyat-qazma işlərini dərhal bərpa etmək qərarı olub. Türkiyə, eyni zamanda, Şərqi Aralıq dənizində hərbi təlimlər keçirmək planlarını açıqlayıb. Rəsmi Ankara Yunanıstan və Misir arasında dəniz zonalarının delimitasiyası ilə bağlı razılaşmanı qanunsuz hesab edir. Türkiyə, Yunanıstanın Misirlə razılaşmada göstərilən dəniz zonalarına hüquqlarının olmadığını bildirir. (Publika.az)
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.