Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkə Azərbaycana qoyulan qadağanı götürdü

Bu ölkə Azərbaycana qoyulan qadağanı götürdü

DÜNYA

599

06.08.2020, 23:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Monteneqro avqustun 7-dən bəzi xarici vətəndaşların ölkəyə girişinə qoyulan məhdudiyyətləri aradan qaldırır.
Bu barədə sözügedən ölkənin hökumətinin bəyanatında qeyd edilir.
Vətəndaşlarının sərbəst şəkildə Monteneqroya girə biləcəkləri ölkələrin siyahısına Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Kanada və Zimbabve daxildir. Eyni zamanda, ölkəyə gələn əcnəbilər üçün bir sıra qaydalar müəyyən edilib. Belə ki, turistlər Monteneqroya gəlmədən ən az 72 saat əvvəl verdikləri mənfi nəticəsi olan testə sahib olmalıdırlar. Bundan başqa, ölkə rəhbərliyi turistlərə açıq havada və qapalı məkanlarda maska taxmağın vacibliyi barədə xəbərdarlıq edib. (Oxu.az)