Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! İki ölkədə yeni infensiya yayıldı

SON DƏQİQƏ! İki ölkədə yeni infensiya yayıldı

DÜNYA

832

02.08.2020, 18:18

ABŞ-ın 30-dan çox ştatında kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində təxminən 400 nəfər salmonellyoza yoluxub.

Oxu24.com  xəbər verir ki, bu barədə CBS telekanalı bildirib.

ABŞ-ın Səhiyyə Nazirliyi yanında Ərzağın və Dərmanların keyfiyyət məsələləri üzrə idarəsi infeksiyanın mümkün mənbəyi kimi Kaliforniyanın “Thomson International” şirkəti tərəfindən yetişdirilən qırmızı soğanı göstərib.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına görə, hazırda ölkədə salmonellyoza 396 yoluxma qeydə alınıb.

Yoluxma ilə bağlı artıq 60 nəfər xəstəxanaya yerləşdirilib, ölüm hadisəsi qeydə alınmayıb. Kanadada telekanalı da ölkədə bağırsaq infeksiyasının yayılması haqqında bildirib.

Qeyd edilir ki, bu, ABŞ-la bağlı ola bilər.