Qaynar xətt:

(+99450) 247 90 86

İranda terror qruplaşmasının başçısı tutulub

İranda terror qruplaşmasının başçısı tutulub

DÜNYA

455

01.08.2020, 18:07

İran hüquq-mühafizə orqanları “Tondar” terror qruplaşmasının başçısını həbs edib.

Oxu24.com -un  İRİB-ə istinadən verdiyi məlumata görə, saxlanan şəxs “Tondar” qruplaşmasının rəhbəri Cəmşid Şarmahdedir.

İran tərəfi iddia edir ki, qruplaşmaya ABŞ dəstək verir.

Məlumatda qeyd olunur ki, qruplaşma 2008-ci ildə Şirazda məsciddə 10 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə təqsirli bilinir.

Təşkilatın İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir.