Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə daha 15 nəfər koronavirusdan öldü

Türkiyədə daha 15 nəfər koronavirusdan öldü

DÜNYA

469

30.07.2020, 23:59

Türkiyədə son sutka ərzində 967 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.


Nazirin sözlərinə görə, Türkiyədə bu gün 15 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 674, yoluxanlar isə 229 min 891 nəfərə çatıb.

Türkiyədə indiyədək 213 min 539 xəstə sağalaraq evə buraxılıb.