Netanyahu Trampla danışacaq
17 May 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
594
30.07.2020, 21:13
Tanınmış rusiyalı həkim-epidemioloq, hazırda Rusiya Dövlət Dumasının deputatı, akademik, professor Gennadiy Onişenko koronavirusun növbəti dalğası haqqında yayılmaqda olan şayələri şərh edib.
Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, professorun sözlərinə görə “ikinci dalğa olmayacaq, ona görə ki, heç birincisi də olmayıb”.
“Epidemiologiyada “dalğa” olmur. Dalğalar dənizdə, göldə, çayda olur. Epidemiologiyada isə “xəstəliyin epidemik artımı” kimi anlayış var. Koronavirusun epidemik artımı ilə bağlı müxtəlif fikirlər səslənir. Mənim fikrimə görə, hazırda cəmiyyətdə xəstəliyi keçirmiş və həmçinin koronavirusun gizli və ya simptomsuz daşıyıcılarının sayəsində aktiv şəkildə populyasiya immuniteti formalaşır. Bu çox yaxşı haldır.
Payız-qış mövsümündə koronavirus qriplə yanaşı olacaq. Lakin onun intensivliyi azalacaq. Koronavirus böyük təhlükə yaratmayacaq. Onun belə təhlükə yaratmaq üçün lazım olan xüsusiyyətləri yoxdur. Koronavirusun xəstə insandan sağlam insanlara keçmək xüsusiyyəti aşağı səviyyədədir (yəni sürətlə yayılmır – red.). İkincisi koronavirus qripp kimi dəyişilmir. Qripp hər il dəyişilir və populyasiya immuniteti buna dözmür. Koronavirusun belə xüsusiyyətləri yoxdur. Koronavirus sadəcə epidemik prosesində digər viruslar kimi iştirak edəcək və heç bir fatal təhlükə yaratmayacaq” – həkim bildirib.
Həmçinin həkim bildirib ki, insanlar koronavirusla bağlı tətbiq olunan tədbirlərdən də müəyyən nəticələr çıxardacaqlar.
“Vaksindən istifadə isə (hazırda Rusiyada vaksin hazırlanıb və son sınaqlar gedir – red.) ən həssas əhalini (yaşlılar, xroniki xəstəlikləri olanlar) daha yaxşı qorumaq üçün imkan yaradacaq” – Onişenko bildirib.
19:32 / 17 May 2026
77
19:27 / 17 May 2026
94
19:12 / 17 May 2026
1074
19:02 / 17 May 2026
74
19:00 / 17 May 2026
65
18:43 / 17 May 2026
236
18:41 / 17 May 2026
73
18:39 / 17 May 2026
73
18:37 / 17 May 2026
72
18:35 / 17 May 2026
77
17:32 / 17 May 2026
179
17:28 / 17 May 2026
79
17:27 / 17 May 2026
82
17:25 / 17 May 2026
88
17:16 / 17 May 2026
476
17:14 / 17 May 2026
77
17:11 / 17 May 2026
84
17:08 / 17 May 2026
76
17:07 / 17 May 2026
76
17:05 / 17 May 2026
89
15:14 / 17 May 2026
83
15:00 / 17 May 2026
85
14:45 / 17 May 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.