Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3256
az

Alimlərdən xəbərdarlıq: “Rusiya və Arktikanı fəlakət gözləyir”

22:2328 İyun, 2018
1323
DÜNYA
  • A
 Norveçin bir qrup alimi yeni tədqiqat aparıblar və nəticələr “Natural Climate Change” elmi jurnalında dərc edilib.
“OXU24.C0M” xəbər verir ki, alimlər 1970-2016-cı illər ərzində toplanmış məlumatları tədqiq edərək Arktikanı və Rusiyanı fəlakətin gözlədiyi qənaətinə gəliblər.

“Arktikada “qaynar nöqtə” yaranıb. Bu isə Barens dənizində iqlim dəyişikliyinə səbəb olacaq. Eyni zamanda onun ekosisteminə ciddi məhvedici təsir edəcək”, – deyə məqalədə bildirilir.

2000-ci ilin ortalarından dənizdə tempratur və suyun duzluluğu kəskin şəkildə artıb. Bu isə şirin suyun miqdarının azalması ilə əlaqəli ola bilər. Şirin su buzların əriməsi nəticəsində yaranır.
Məqalədə qeyd edilir ki, bu, Barens dənizinin ekosistemi üçün qeyri-məlum nəticələrə səbəb olacaq. Eyni zamanda dəniz canlıları və balıq sənayesi üçün də fəsadlar baş verəcək.

Ekspertlərin fikrinə görə, tezliklə Arktika iqlimi daha isti iqlimlə əvəzlənəcək. Hazırda dənizin şimal hissəsinin ekosistemi buz örtüyündən asılıdır. Amma soyuq sular isti Atlantik axınları səbəbindən şimala doğru çəkilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin