TƏCİLİ! İran bombalanır - Hər yan alov içində
08 May 2026, 00:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
524
01.05.2020, 01:45
Çin koronavirus epidemiyasının pandemiyaya çevrilməsinə görə məsuliyyət daşıyır və buna görə kompensasiya ödəməsi qanun çərçivəsindədir.
Publika.az xəbər verir ki, İngiltərədə yerləşən “Henry Jackson” beyin mərkəzinin hüquq mütəxəssisi Samuel Armstronq, ABŞ Hərbi Dəniz Məktəbi (USNWC) və Stockton Beynəlxalq Hüquq Mərkəzinin müəllimi Ceyms Kraska, Corctaun Universitetinin müəllimi Paul Miller bu fikirdədirlər.
S.Armstronq koronavirus pandemiyası səbəbilə Çinin məhkəməyə verilə biləcəyi və ittiham etmək üçün ən çox 10 qanuni yol olduğunu bildirib: “Bu düzəlişlər bir ölkənin Ümumdünya Səhiyyə Təşkilatına bir pandemiya ssenarisini bildirməsini və müəyyən bilgiləri 72 saat ərzində paylaşmasını tələb edir. Çinin bu vəzifəni icra etməməsi qarşı tərəfin şikayətinin təməl qaynağı olacaq”.
Həmçinin oxuyun
Seçimlərin həm yerli, həm də beynəlxalq platformada dəyişiklik göstərəcəyini ifadə edən professor məhkəmə davası açacaq tərəfin beynəlxalq hüquq alətinin “2005-ci il tarixli Beynəlxalq Səhiyyə Düzəlişləri” olacağını qeyd edib. Onun sözlərinə görə, təkcə G7 ölkələrinə ən az 4 trilyon dollar kompensasiya ödənməlidir: “Çinin məsuliyyətini qəbul edib sanksiyalara boyun əyməsi üçün bütün dünyanın bu məsələni daha ağrılı vəziyyətə gətirməsi vacibdir. Hər hansı qanuni tələb Çini masaya oturmağa məcbur etmək üçün iqtisadi və təhlükəsizlik vasitələrini istifadə edən dövlətlərin əlinə baxacaq”.
Stockton Beynəlxalq Hüquq Mərkəzinin müəllimi Ceyms Kraska isə Çinin kompensasiya ödəməsi üçün hər ölkənin öz sanksiyalarını tətbiq edə biləcəyini bildirib. O qeyd edib ki, Çin pandemiya ilə bağlı bilgiləri sadəcə ölkə daxilində yaydığı, beynəlxalq xəbərdarlıq etmədiyi üçün bütün planeti təhlükəyə atıb: “Amma Çin kommunist ölkə olduğu üçün beynəlxalq məhkəmələrdən çıxan qərarları tanımayacaq və hüquqa hörmət göstərməyəcək”.
Corctaun Universitetinin müəllimi Paul Miller isə hər hansı bir ölkənin Çini məhkəməyə verə biləcəyinə, ancaq bu durumun hüquqi deyil, siyasi olduğuna diqqər çəkib: “Dövlətlər ticarət münasibətlərini məhdudlaşdıraraq, sanksiyalar tətbiq edərək, BMT qətnamə qəbul edərək, Çinə və Çindən başqa ölkələrə səyahət etməyi məhdudlaşdıraraq, bağları qopararaq onu cəzalandıra bilərlər”.
00:53 / 08 May 2026
184
00:49 / 08 May 2026
195
00:47 / 08 May 2026
183
00:37 / 08 May 2026
64
00:31 / 08 May 2026
79
00:25 / 08 May 2026
68
23:52 / 07 May 2026
195
23:27 / 07 May 2026
198
23:07 / 07 May 2026
248
22:49 / 07 May 2026
187
22:46 / 07 May 2026
467
22:39 / 07 May 2026
234
22:33 / 07 May 2026
188
22:10 / 07 May 2026
221
21:54 / 07 May 2026
232
21:43 / 07 May 2026
228
21:29 / 07 May 2026
82
21:16 / 07 May 2026
437
21:05 / 07 May 2026
104
20:54 / 07 May 2026
108
20:43 / 07 May 2026
99
20:40 / 07 May 2026
93
20:26 / 07 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.