Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-dan sevindirici xəbər: Koronavirusun dərmanı tapıldı

ABŞ-dan sevindirici xəbər: Koronavirusun dərmanı tapıldı

DÜNYA

595

30.04.2020, 17:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerika Qida və Dərman Administrasiyasının (FDA) dərman firması "Gilead Sciences” şirkətinə aid olan "Remdesivir” pereparatının üçüncü mərhələ test nəticələrinin müsbət olduğunu və dərmanı təsdiqləməyi planlaşdırdığını açıqlayıb.

Oxu24.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, "The New York Times” xəbər verir ki, FDA-nın idarə heyətindən verilən açıqlamaya görə, COVID-19 xəstələrini müalicə etmək üçün sınanılan "Remdesivir” antiviral pereparatı üçün istifadə icazəsinin verilməsi planlaşdırılır. Bununla birlikdə ABŞ-ın dərman firması "Gilead Sciences” koronavirus xəstələrinin müalicəsində "Remdevisir”in istifadəsinə dair müsbət nəticələr əldə etdiyini bildirib.

Bu açıqlamadan sonra "Gilead Sciences” şirkətinin səhmləri birjada 9 faiz dəyər qazanıb. Xəbər, eyni zamanda ABŞ birjalarında ümumi yüksəlişə səbəb olub.

Qeyd edək ki, "Remdesivir” koronavirusun müalicəsində hələ ki, sınaq məqsədilə istifadə olunan dərmanlardan biridir.