Qaynar xətt:

(+99450) 247 90 86

Emin məkanını koronavirusa görə xəstəxanaya çevirəcək

Emin məkanını koronavirusa görə xəstəxanaya çevirəcək

DÜNYA

824

29.04.2020, 19:08

Xalq artisti Emin Ağalarov Rusiyada sahibi olduğu "Crocus Expo"nu müvəqqəti xəstəxanaya çevirəcək.

Axşam.az xəbər verir ki, müğənni bu addımı hazırda dünyada yayılan koronavirus infeksiyasına görə atdığını bildirib.

Xəstəxanaya koronavirus infeksiyasına yoluxan xəstələr yerləşdiriləcək. Məkana 1500  çarpayı qoyulacaq.

Emin "Crocus Expo"nun xəstəxana qəbulu üçün nə vaxt hazır olacağı tarixi açıqlamayıb. O bildirib ki, məsələ bir neçə həftəyə həll olunacaq.