Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2992
az

Aprel müharibəsində əsgərlərin ərzağını heyvanlarına yedizdirən generalın oğlu da istefa verdi

17:5018 İyun, 2018
2080
DÜNYA
  • A
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saxladığı deputat, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryan mer vəzifəsindən istefa verib.

Oxu24.com bildirir ki, modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, Vaqarşapat şəhər meri Karen Qriqoryan özü Facebook sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb: "Mən - Karen Qriqoryan, öz xahişimlə istefa verirəm".

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanı ötən gün saxlayıb.

Bu hadisə ilə əlaqədar iki cinayət işi çərçivəsində eyni zamanda axtarışlar aparılıb, nəticədə xeyli sayda qanunsuz saxlanılan silah-sursat tapılıb.

"Erkrapa" kümüllü veteranlar ittifaqının sədri, general-deputat Manvel Qriqoryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq, qanunsuz silah-sursat əldə edib və saxlayıb. Axtarış işləri çərçivəsində, generala məxsus bağ evində, digər yerlərdə xeyli sayda silah-sursat tapılıb. Manvel Qriqoryan Konstitusiyanın 96-cü maddəsinə uyğun olaraq, ölkə prezidentinə deputatın saxlanıldığı barədə  dərhal məlumat verilib.

Son günlər onun oğlunun mer vəzifəsindən getməsi tələb olunsa da, ata-bala buna dirəniş göstərirdi.

General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryana məxsus mülkdə və istirahət zonasında aparılmış axtarışın nəticələrini də təqdim edib.

Axtarış bu iş üzrə başlanmış Cinayət Məcəlləsinin 235-ci maddəsi (qanunsuz silah dövriyyəsi)  çərçivəsində aparılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, M.Qriqotyana məxsus istirahət zonası silah anbarına çevrilib, orada onlarla retro və müasir avtomobillər, motosikletlər və aeroxizəklər tapılıb. Aşkarlana bir neçə xizəkli-tırtıllı avtomobillər 2016-cı ilin aprel müharibəsi zamanı ordu üçün nəzərdə tutulubmuş. Burada həmçinin Rusiya erməni icmasının Ermənistan ordusuna hədiyyə etdiyi təcili yardım maşını və digər texnikalar da üzə çıxıb. Məlum olub ki, Manvel Qriqoryan həmin maşınları öz qohumlarının adlarına rəsmiləşdirməklə xüsusi avtopark yaradıb.

Generala məxsus bağın ərazisində ərzaq anbarı, dərman deposu, hərbi geyimlər, külli miqdarda "əsgər payı" tapılıb.

Məlum olub ki, tapılan mallar əslində 2016-cı ilin aprel müharibəəsi zamanı ön cəbhəyə göndərilməliymiş

Tapılan şeylərin arasında vətəndaşlar tərəfindən ön cəbhəyə göndərilməsi üçün verilmiş çoxlu sayda qatılaşdırılmış süd, makaron, konservləşdirilmiş ət və kartof, tomat pastası, gigiyena əşyaları da aşkarlanıb.

Axtarış zamanı Manvel Qriqoryanın malikanəsində 79 tüfəng, 39 tapança, 12.300 ədəd müxtəlif çaplı patron müsadirə edilib.  

Generalın malikanəsində xüsusi zooparkın olduğu, orada pələng, ayı, dəvəquşuların  saxlanıldığı, cıdır meydanının yaradıldığı da müəyyənləşdirilib.

Məlum olub ki, Manvel Qriqoryan aprel müharibəsi günlərində əsgərlər üçün nəzərdə tutulmuş ərzağı öz zooparkının heyvanlarına yedizdirirmiş. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək
Putin Minskə gedir: İttifaq dövlətinin...

Əl-Culani ölüb?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin