SEPAH-dan Hörmüz açıqlaması
06 May 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1268
19.04.2020, 22:45
Paşinyan canlı yayımda rüsvay oldu – VİDEO
Ermənistanda Baş nazir Nikol Paşinyanla bağlı maraqlı videoçarx ortaya çıxıb və dərhal da geniş yayılıb. Videoçarx Paşinyanın canlı efirdən xalqa müraciətindən öncə məşq etdiyi zaman çəkilmiş 15 dəqiqəlik texniki kadrlardan ibarətdir.
Hokm.az Müsavat.com-a istinadla xəbər verir ki, həmin texniki kadrları İctimai Telekanalın məqsədli şəkildə, yəni “məxməri” baş naziri gözdən salmaq üçün yaydığı deyilir. Qeyd edək ki, telekanalın icraçı direktoru Marqarita Qriqoryan neçə vaxtdır Nikol Paşinyanla münaqişədədir.
İctimai TV-nin yaydığı materialda N.Paşinyan dəfələrlə öskürür, çıxışını məşq edir, butulkadan nəsə içir, həb qəbul edir və çəkiliş qrupunun üzvləri ilə söhbət edir. İnternet istifadəçiləri isə bu kadrlara musiqi və koronavirus görüntüləri əlavə edərək, baş nazirin özünün infeksiyanı yaydığı görüntüsü yaradıblar.
Texniki kadrların görüntülənməsi siyasi qalmaqala səbəb olub. Nikol Paşinyanın mətbuat katibi Mane Qriqoryan İctimai Telekanalın baş direktoruna müraciət edərək ondan “adekvat izahat” tələb edib. “Bu kadrlar efir üçün deyil”, – deyə o, etirazını bildirib və qeyd edib ki, Baş nazirin Aparatının canlı efirin 15 dəqiqə tez başlaması haqda öncədən məlumatlı olmayıb.
Həmçinin oxuyun
“Bu yaramaz əməl onu sübut edir ki, Baş nazir hətta texniki baxımdan olsa belə, artıq efirdə olduğu haqda məlumatlandırılmayıb. Baş nazirin aparatı texniki məşqlə bağlı kadrların üzə çıxması ilə bağlı adekvat izahat gözləyir”, – Mane Qriqoryan əlavə edib.
Ermənistan rəhbərinə yaxın telekanallar və KİV-lər isə hesab edir ki, bu vəziyyətdə qalmaqalın yeganə məntiqi sonluğu İctimai TV-nin rəhbərliyinin, özəlliklə də onun icraçı direktoru Marqarita Qriqoryanın istefası ola bilər. O da bildirilir ki, icraçı direktor uzun illər eks-prezident Serj Sərksiyana sədaqətlə qulluq edib və belə görünür ki, hələ də qulluq göstərməyə davam edir.
Bir şey aydındır: Ermənistandaxili siyasi çəkişmələr indi həm də hökumətin Erməni Apostol Kilsəsi ilə və bu günlərdə sabiq prezident Robert Köçəryana azadlıq istəyən katolikosla açıq konfrontasiyaya girdiyi zamana təsadüf edir. Belə bir məqamda Paşinyana qarşı mərkəzi dövlət televiziyasında özünü göstərən birbaşa təxribatlar baş nazirin proseslərə təsirinin zəifləməsi və ölkədəki situasiyaya getdikcə nəzarəti daha çox itirməsi kimi qiymətləndirilir.
20:58 / 06 May 2026
3
20:46 / 06 May 2026
85
20:35 / 06 May 2026
123
20:25 / 06 May 2026
111
20:16 / 06 May 2026
159
20:05 / 06 May 2026
55
19:54 / 06 May 2026
175
19:33 / 06 May 2026
57
19:20 / 06 May 2026
172
19:08 / 06 May 2026
68
18:54 / 06 May 2026
71
18:45 / 06 May 2026
223
18:33 / 06 May 2026
300
18:15 / 06 May 2026
207
17:25 / 06 May 2026
66
17:18 / 06 May 2026
84
16:59 / 06 May 2026
92
16:55 / 06 May 2026
174
16:45 / 06 May 2026
921
16:38 / 06 May 2026
235
16:34 / 06 May 2026
89
16:19 / 06 May 2026
195
16:12 / 06 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.