Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya şokdadır! Koronavirus dayanmır

İtaliya şokdadır! Koronavirus dayanmır

DÜNYA

587

18.04.2020, 00:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliyada son 24 saat ərzində 3 493 nəfər koronavirusa yoluxub, bununla da ölkədə virusa yoluxanların sayı 172 434 nəfər olub.

OXU24.COM -UN  xəbərinə görə, İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilir ki, sutka ərzində koronavirusdan 575 ölüm faktı qeydə alınıb. Ölənlərin sayı 22 745-ə yüksəlib. Koronavirus qurbanlarından 130-u həkimdir.

Bununla belə, son sutka ərzində ən yüksək sağalma göstəricilərindən biri qeydə alınıb – 2 563. Koronavirusdan sağalanların ümumi sayı 42 727-dir.  

İtaliyada koronavirus pandemiyası fevralın 21-də baş qaldırıb. Ən yüksək ölüm sayı martın sonunda qeydə alınıb – bir gündə 969 nəfər virusun qurbanı olub.